"Eşşəyə minə-minə" gecə klublarında kef çəkən futbolçumuz - VİDEO - FOTO
Tarix: 13-04-2015, 15:59 |
Çap et
"Eşşəyə min ata çatınca"
Yaşa dolduqca atalarımızın bu məsələləri boşuna işlətmədiyinin hər gün, hətta hər saat şahidi oluruq. Bizim futbolçularımızın əksəriyyəti də bu məsələyə sözbəsöz uyurlar. Çünki müəyyən nəticələr əldə edib, heyətdə özlərinə yer etdikdən sonra özlərini atın üzərindəki cəngavər kimi hiss edirlər. Sonrası isə Allah kərimdir.
Milli.Az xəbər verir ki, "qayda"ları pozan bu dəfə "Neftçi"nin gənc futbolçusu Elvin Yunuszadədir. 22 yaşlı gənc müdafiəçi göstərdiyi yaxşı oyunu ilə qazandığı uğuru lazımsız hərəkətlərinə qurban verir. Yunuszadə karyera düşünməkdən diskoteka-bar düşünür, əyləncə arxasınca qaçır. Elvinin sosial şəbəkələrdə gecə klublarından paylaşdığı foto-videolar bir xeyli izləyicinin etirazı ilə qarşılandı. Sabah oyununun olduğunu bildirənlər kim, bu tip şeylərin onun xeyrinə olmadığını bildirənlər kim.
Futbolçularımızın əksəriyyəti bu cür məkanlara üz tutur. Görəsən, onlar diskotekada oynadıqları kimi stadionda nə vaxtsa oynaya biləcəklər?! Elvin Yunuszadə və onun kimi futbolçularımız "eşşəyə minib ata çata bilərlər", amma unutmasınlar ki, yıxılandan sonra onlara əl uzadanlar çətin ki, tapılsın. Çünki əvəzedilməz insan yoxdur, ələlxüsus da futbolda.
VİDEO-1
VİDEO-2
Media olaraq bu nüansları ictimailəşdirməkdə məqsəd həm də onları doğru olmayan yoldan çəkindirmək, tam yıxılmağa qoymamaqdır ki, məşhur türk mahnısında olduğu kimi "yıkılmadım ayakdayım" deyə biləsinlər...