Hafta.az-a daxil olan məlumata görə, “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının "ATV" kanalından kənarlaşdırılmasına səbəb kanalın digər əməkdaşı Nanə Ağamalıyevanın yeni layihəsi ilə bağlıdır. Bir müddət yeni işləri olmayan Nanə kanala qayıdıb.
Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Nanə Ağamalıyeva kanaldan ayrılmadığını söylədi:
“Mən "ATV" kanalından ayrılmamışam. Sadəcə olaraq, təhsilimlə bağlı Türkiyəyə getmişdim. İndi isə yaxın günlərdə kanalda yeni layihə ilə verilişə başlayacam".
Qeyd edək ki, mediada yayımlanan digər məlumatlara görə, X.Hidayətqızının “Səni axtarıram” verilişi onun kanalın rəhbərliyi ilə arasında olan mübahisə xarakterli söhbətdən sonra bağlanılıb. Mübahisənin yaranmasına isə səbəb kimi göstərilir ki, X.Hidayətqızı kanalın rəhbərinin yerinə iddialı olub və onun əleyhinə məqalələr yazdırırmış.
Lakin mənbəmiz bu faktı təsdiqləmədi. Başqa bir mənbə də məsələnin Nanənin yeni layihəsi olmasını təsdiqləyir.
Onu da qeyd edək ki, aparıcı Nanə Ağamalıyevanın təqdimatında "Mənə bir az ondan danış" adlı veriliş 19 aprel 22:00-da yayımlanacaq.
Əsl şou söz verən aparıcı yenidən efir həyatına "start" verib: