Müsavatın yürüşünə müxalif partiya funksionerlərindən MÜNASİBƏT
Tarix: 13-04-2015, 14:48 | Çap et
Müsavatın yürüşünə müxalif partiya funksionerlərindən MÜNASİBƏT
Müsavat Partiyası yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Hazırkı siyasi şəraitdə bu addım partiya üçün siyasi divident qazandıracaqmı?

Suala "Hafta.az-ın debatı" rubrikasında ADP sədri Sərdar Cəlaloğlu və KXCP sədrinin müavini Xəzər Teyyubi danışıb.

Sərdar Cəlaloğlu hesab edir ki, Müsavat Partiyası yalnız güclü təşkilati işlər apararsa, izdihamlı yürüş edə bilər:

“Siyasət məqsədə müvafiqlikdir. Hər hansı bir partiya yürüşü məqsədə müvafiq hesab edirsə, onun üçün bu doğru olandır. Müsavat Partiyasının yürüşünə qatılmağı düşünmürəm. İzdihamlı yürüşün keçirilməsi Müsavat-ın maliyyəsindən və xalqın reaksiyasından asılıdır. Onlar əgər yürüşü lazımi səviyyədə təşkil edə biləcəklərsə, ola bilər müəyyən kütlə küçələrə çıxsın”.

KXCP sədrinin müavini Xəzər Teyyubi isə Hafta.az-a açıqlamasında bildirib ki, Müsavat Partiyasının bu qərarından xəbərsizdir:

“Hər bir siyasi partiyanın özünün fəaliyyət istiqamətləri var. Daxili qərara uyğun yürüş keçirmək olar. Bizim yürüşlə bağlı xəbərimiz yoxdur. Buna görə də yürüşə qatılmayacağıq. Lakin hesab edirəm ki, hazırkı siyasi şəraitdə istənilən addım təqdirəlayiqdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net