Cavanşir Feyziyev prezidentin tapşırığına qarşı
Tarix: 13-04-2015, 13:14 |
Çap et
Deputat Cavanşir Feyziyevin dərman biznesi laxlaya biər.
“Avromed” firmasının dərman perepartlarının daha ucuz qiymətə satacağı gözlənilir. Tia.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə edib.
Bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verib. Bu sahədə isə bahalığa yol verən C.Feyziyevdir. Hətta manatın devalvasiya olduğu günlərdə deputat firmadan apteklərə mal verilməsini dayandırdı.
O, süni qiymət artımına getmək üçün bu addımı atdı. Cavanşir Feyziyevin şirkəti olan “Avromed” yeni məzənnə ilə dərman bazarına daxil olmağa başladı. Hazırda şəhərin bir çox apteklərində bahalaşma dalğası hiss olunur. Prezidentin tapşırığına zidd hərəkət edən deputatın bundan sonra hansı addımı atacağı sual doğurur.
Qeyd edək ki, milli məzənnənin delavasiyasından sonra leytmotiv ondan ibarətdir ki, bəzi iaşə obyektlərində sui-istifadə halları mövcuddur. Belə ki, mağazalar milli pulun kursunun dəyişməsindən qabaq alınmış məhsulların qiymətini də bahalaşdırır.