`İlham Əliyevə təşəkkür edirəm` - Erməni diversant
Tarix: 13-04-2015, 13:06 | Çap et
`İlham Əliyevə təşəkkür edirəm` - Erməni diversant
Gəncədə məhkəməsi keçirilən erməni kəşfiyyatçı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib.

AzVision.az Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, erməni kəşfiyyatçı ona qarşı qaldırılan ittihamlara etiraz etməyib. O, Ermənistan hökumətinə müraciət edərək, Azərbaycana məxsus torpaqların azad olunmasını istəyib: “Azərbaycanlılarla ermənilər illərlə yaxşı münasibətdə olub. Ermənistan azərbaycanlıların torpağını geri qaytarmalıdır. Azərbaycan müharibə istəmir, Azərbaycan ona məxsus torpaqları tələb edir. Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz. Ermənistanda olan azərbaycanlı əsirlər geri qaytarılmalıdır. Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm. Bunun üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Diqqətinizə çatdırıram ki, bu söylədiklərimi mənə heç kəs diqtə etməyib, bu, mənim sərbəst düşüncəmdir”.

Erməni kəşfiyyatçının cinayət işi üzrə birinci baxış iclasında Arsen Baqdasaryan 2 nəfər tərcüməçi (Səidə Abbasova və Fərhad İsgəndərov) ilə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir. Məhkəmə iclasında 4 nəfər zərərçəkən hərbçi və 2 nümayəndə iştirak edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə birinci baxış iclası keçirilir. İclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub. Məhkəmədə erməni kəşfiyyatçını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edir.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net