Bakıda "bomj"ların ölüm davası
Tarix: 13-04-2015, 11:24 |
Çap et
Bakının Səbail rayonunda küçənin ortasında qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 16:30-da Bayıl qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində 1970-ci il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən Vladimir Kopyorkin 1970-ci il təvəllüdlü, özü kimi tüfeyli həyat tərzi keçirən Rafiq Ağayevi bıçaqla qətlə yetirib. Onun boğzasını kəsib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Onu istintaqa təhvil veriblər.
Cinayət hadisəsini müstəntiq Anar Əkbərov araşdırır.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.