Dəhşət: orta məktəb şagirdi adam öldürdü
Tarix: 13-04-2015, 11:02 | Çap et
Dəhşət: orta məktəb şagirdi adam öldürdü
Tovuzda 11-ci sinif şagirdi 19 yaşlı həmkəndlisini qətlə yetirib.

Tovuz Rayon Prokurorluğundan "Trend"-ə verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində rayonun Qədirli kənd sakini, 1997-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Nemət Rzayev şəxsi münasibətlər zəminində yaranmış mübahisədə həmkəndlisi, 1996-ci il təvəllüdlü İdris Paşayevə bıçaqla xəsarət yetirib. İ.Paşayev aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net