Neft şirkətində korrupsiya faktı - daha bir sənədi yayıldı (FOTO)
Tarix: 13-04-2015, 10:46 | Çap et
Neft şirkətində korrupsiya faktı - daha bir sənədi yayıldı (FOTO)
Dünyada qara qızılın qiymətinin düşməsi prosesi başladıqdan sonra, bütün neft istehsalı ilə məşğul olan ölkələrdə mövcud şirkətlərin gəlirləri birdən-birə azalamağa doğru yön aldı.

Azərbaycan da neft ölkəsi olduğundan dünya bazarında neftin qiymətinin kəskin azalması BP kimi nəhəg şirkətlə yanaşı, quruda neft hasilatı ilə məşğul olan şirkətlərin də gəlirlərinə ciddi şəkildə təsir etmiş oldu.

Buna misal olaraq "Global Energi İnvestment” şirkətinin tərkibində olan Şirvan bölgəsində neft hasilatı ilə məşğul olan «Qarasu» Əməliyyat Şirkəti və "Şirvan oil” Neft Şirkətini göstərmək olar. Belə ki, bu şirkətlər xərclərini azaltmaq məqsədi ilə öz əməkdaşlarını öz hesablarına məzuniyyətə,bunun ardından isə "Əmək Məcəlləsi”ndə nəzərdə tutulan maddələri pozaraq işçiləri ixtisara salaraq işdən azad etmə yolu tutublar.

Apardığımız araşdırma zamanı əldə etdiyimiz şok faktlar və bu faktlar yəqin ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti, Rövnəq Abdullayevi, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İqtisadi Məsələlər üzrə köməkçisi Əli Əsədovu, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin risi Əli Nağıyevi də şok etmiş olacaqdır.

Beləliklə apardığımız araşdırma zamanı bəlli oldu ki, «Qarasu» Əməliyyat Şirkətinin istifadə etdiyi nəqliyyat vasitələri şirkət tərəfindən keçirilən tender əsasında müəyyənləşdirilir. Düzdür «Qarasu» Əməliyyat Şirkəti belə tenderlər keçirib və tenderin qalibi olan "Neftçi ”, "Neftçi İnşaatçı” və "TEMP” kimi şirkətlərlə müqavilələr bağlanılıb və bu şirkətlərin avtomobilləri aylıq,günlük icarəyə götürülərək istifadə edilib. Təkçə bir faktı qeyd edək ki, 2014-cü ilin maliyyə səndlərinə nəzər yetirdikdə məlum olur ki, bu şirkətlərlə bağlanılan müqavilələrdə avtomobillərin günlük icrə haqları 30-40 AZN-dən başlayırdı. Hətta bu şirkətlər tenderin qalibi olub müqavilə bağlamalarına baxnayaraq, icrə haqlarını vaxtında belə «Qarasu» Əməliyyat Şirkəti tərəfindən ödənilməyib. Diqqət çəkən digər məqam isə araşdırmamız zamanı məlum olur ki, «Qarasu» Əməliyyat Şirkətində işləyən sex rəisləri belə şirkətə özlərinin avtomobillərini icarəyə belə veriblər.

Bu avtomobillrə də günlük icrə haqqı ödənilib. Amma nədənsə birdən-birə «Qarasu» Əməliyyat Şirkətində proseslər başqa yön almağa başlayır. Apardığımız araşdırma zamanı bəlli olur ki, "Global Energi İnvestment” şirkətinin menceri İtiqam Sadiqova və «Qarasu» Əməliyyat Şirkətinin Nəqliyyatın Təminatı idarəsinin menceri Arif Alışova məxsus olduğu iddia edilən "CTS Solutions Allianse LLP” şirkəti «Qarasu» Əməliyyat Şirkətinin keçirdiyi tenderlərdə iştirak etmədən «Qarasu» Əməliyyat Şirkəti ilə müqaviləsi olan yuxarıda adları keçən şirkətləri 2014-cü ildə sıxışdırıb çıxararaq "CTS Solutions Allianse LLP” şirkətinə məxsus nəqliyyat vasitələrini qeyri qanuni olaraq «Qarasu» Əməliyyat Şirkətində icrəyə daxil edirlər. Araşdırma zamanı bəlli oldu ki, «Qarasu» Əməliyyat Şirkətinin keçirdiyi tenderlərin qalibi olan şirkətlər əgər günlük 30-40 manatdan nəqliyyat vasitələrini icarəyə verirdirlərsə, "CTS Solutions Allianse LLP” şirkəti isə günü 1 avtomobil üçün 90 AZN, 1 avtomobilin aylıq icarə üçün isə 4000 AZN gəlir əldə edir.

Yuxarıda qeyd etdik ki, dünyada neftin qiymətinin kəskin azalmasını bəhanə edərək "Qarasu”Əməliyat Şirkəti öz əməkdaşlarını könüllü olaraq 1 aylıq məzuniyyətə,məzuniyyətdən qayıtdıqdan sonra isə maliyyə sıxıntısını əsas gətirərək "Əmək Məcəlləsi”ni pozaraq onları işdən çıxarmışdır.

Amma əldə etdiyimiz bu şok maliyyə sənədlərinə inansaq görərik ki, "Qarasu”Əməliyyat Şirkəti hasilat çıxarmaqla məşğul deyil, şirkət içərisində iki-üç nəfərin şəxsi biznesinə çevrilmişdir. Belə olmasaydı, Intiqam Sadıqov və Arif Alışov bundan yararlanaraq "CTS Solutions Allianse LLP” şirkətini hər hansı bir tenderdə iştirak etmədən "Qarasu”Əməliyyat Şirkətinə daxil edib günlük icarə haqlarını qaldırmaq yolu ilə yüz minlərlə manat gəlir əldə edə bilməzdilər.

Digər maraqlı fakt ondan ibarətdir ki, 2014-cü ilin maliyyə sənədlərinə görə, "Qarasu”Əməliyyat Şirkəti yuxarıda qeyd olunan tenderin iştirakçısı şirkətlərdən içarəyə götürülən nəqliyyat vasitələrinə görə, ödənişləri aylarla uzatdığı halda, "CTS Solutions Allianse LLP” şirkətinin nəqliyyat vasitələri şirkətin ərazisinə daxil olmadığı halda əvvəlcədən bu şirkətə ( nəğdi köçürmə) ödəniş etmişdir.

Şərhə ehtiyac yoxdu. Sadəcə olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidneti Rövnəq Abdullayev cənablarının, Prezidentin İqtisadi Məsələlər üzrə köməkçisi Əli Əsədovun, Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin sədri Ziya Səmədzadənin, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin verdiyimiz faktları araşdıracağına əmin olmaq istərdik(Veteninfo.az).

Neft şirkətində korrupsiya faktı - daha bir sənədi yayıldı (FOTO)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net