ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki qərargahı onun ilk seçki təbliğat videosunu yayıb.
Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, video-rolikdə amerikalılar yaxın gələcək üçün öz planlarından danışırlar: toy, övlad dünyaya gətirmək, başqa yerə köçmək, pensiyaya çıxmaq…
“Mən də bəzi şeylərə hazırlaşıram. Mən prezidentliyə namizəd irəli sürülürəm”, - deyə videoda Hillari Klintonun özü bildirir.
Namizədin sözlərinə görə, ABŞ son illər iqtisadi çətinlikləri aşıb, ancaq irəliləməyi davam etdirmək lazımdır.
“Amerikanlara hər gün çempion lazımdır. Və mən belə bir çempion olmaq niyyətindəyəm”, – deyə Klinton bəyan edib.