Gənc aktrisa evində ölü tapıldı – Müəmma
Tarix: 11-04-2015, 12:59 |
Çap et
Hindistanın Benqal əyalətində yaşayan aktrisa Dişa Qanquli evində ölü tapılıb.
Axar.az xəbər verir ki, deyilənə görə, 23 yaşındakı aktrisa Dişa Qanquli sevgilisi tərəfindən evin tavanındakı havalandırma qurğusundan asılaraq öldürülüb. Hadisə yerinə polis və təcili yardım çağırılıb, ancaq aktrisanın həyatını qurtarmaq mümkün olmayıb. Gənc aktrisanın intihar etdiyi düşünülüb, ancaq evdə hər hansı bir məktuba, qeydə rast gəlinməyib. Hadisə ilə bağlı istintaq başladılıb.
Qeyd edək ki, Dişa Qanquli “Kanakanjali” və “Tumi Aşbe Bole” seriallarında oynayıb.