"Ailəmizlə gündəmə gəlməyi sevmirik"
Tarix: 11-04-2015, 12:47 |
Çap et
Müğənni Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə boşanmaları haqda yayılan xəbərlərə son qoyub.
Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında xoşbəxt olduqlarını deyib:
“Kamil də, mən də verilişlərdə yalnız işlərimizdən danışmaq istəyirik. Ailəmizlə gündəmə gəlməyi sevmirik. Son günlər bəzi verilişlərdə ailə mövzusu müzakirə olunurdu, bizi qonaq çağırdılar getmədik. Söz-söhbət də buradan qaynaqlandı ki, guya ayrılırıq. Çox şükür, aramızda heç bir problem yoxdur, hər şey qaydasındadır. Sakitçiliyi çox sevirəm. Öz ailəmdə üç bacı, anam və babam olmuşuq. Çox mehriban idik. Evdə uşağın çox olmasına pis baxmıram. Amma sakit və mehribançılıq istəyirəm”.