"A-dan Z-yə" şousunun növbəti qonağı əməkdar artist Elza Seyidcahan olacaq. ANS PRESS-in məlumatına görə, 11 aprel saat 22: 00 -da ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanacaq verilişdə tamaşaçılar dinamik və rəngarəng şou şahidi olacaqlar.
Verilişin yaradıcı heyyəti həm tamaşaçıları həm də Elza Seyidcahanı hazırladıqları bir neçə sürpizlə çaşdıracaqlar. Bu qeyri-adi sürpizlərdən biri isə uzun illərdir ayrılan və artıq ikinci dəfə ailə həyatı quran bir şəxsin tapılmasıdır. O şəxs Elza Seyidcahanın keçmiş həyat yoldaşı və uşaqlarının atasıdır.
Heç vaxt heç bir yerdə keçmiş həyat yoldaşı barədə danışmayan o şəxs ilk dəfə Elza barədə şok faktları üzə çıxardacaq. Ortalığa çıxan bu faktlara bəstəkar-müğənni nə deyəcək? Çəkiliş zamanı baş verən hansı hadisə Elza Seyidcahanın ilk duet ortağı olan Zabit Nəbizadənin oranı tərk etməsinə səbəb oldu? Elza Seyidcahanın oxşarının tapılması hamının necə təəcübləndirdi? Qeyd edək ki, 11 aprel efirində Zaur Nəbioğlu artıq bir həftədir saytlarda yayılan gəlinlik geyimində olan xanımla olan şəkillərə də, elə həmin xanımla birlikdə aydınlıq gətirəcək.
Zaur həqiqətəndə ailə həyatı qurub? Xanım kimdir? Hər dəfə gərgin anlarla bol olan A-dan Z-yə də bu dəfə daha gərgin anlar yaşanacaq.