35 saylı TSEK-də antikorrupsiya əməliyyatları gözlənilir (ŞOK SİYAHI)
Tarix: 11-04-2015, 11:48 | Çap et
35 saylı TSEK-də antikorrupsiya əməliyyatları gözlənilir (ŞOK SİYAHI)
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri ən yüksək səviyyədə davam etdirilir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bu kateqoriyadan olan cinayət faktlarının aşkar edilməsi istiqamətində əməli tədbirlər həyata keçirirlər. Görülən işlərin nəticəsində artıq bir sıra dövlət qurumlarında korrupsiyanın səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb.

Xatırladaq ki, 2011-ci ildən sonra korrupsiyaya qarşı mübarizə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekununa dair iclasında prezident İlham Əliyev bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik fikirlər səsləndirdi və tapşırıqlar verdi. Korrupsiyaya qarşı çox mühüm əhəmiyyətə malik addımlardan biri də gömrük orqanları, dövlət yol polisi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarlar verilməsi oldu. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri genişləndirildi. Korrupsiyaya qarşı aparılan mübarizə tədbirlərinin davamlı xarakter daşıyacağı heç kimə sirr deyil. Son günlər Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat tədbirlərini daha da genişləndiriblər. Aparılan əməliyyatlar zamanı bir sıra dövlət qurumlarında korrupsiya hüquqpozmaları ilə bağlı ciddi nöqsanlar aşkarlanıb və bəzi vəzifəli şəxslərin barəsində cinayət işi açılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 30 saylı Biləsuvar-Cəlilabad zona Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) korrupsiya yoxlamalarının aparılması barədə xəbər vermişdik. Bir daha vurğulayaq ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı TSEK-in sədri Xoşbəxt Ağayevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanun pozuntularına yol verməsi aşkarlanıb və onun barəsində cinayət işi açılıb. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyini bu sahədə apardığı uğurlu işlərə görə alqışlayırıq. İşi belə görmək lazımdır. "Gündəlik Bakı" qəzeti olaraq, əksər dövlət qurumlarında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrin fəaliyyətində yer alan boşluqlar haqqında mütəmadi məlumat veririk. Amma nazirlik rəsmiləri nəyəsə görə yazdıqlarımıza reaksiya vermir. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri isə yazdıqlarımızın yalan olmadığını göstərir. Odur ki, ƏƏSMN rəhbərliyi işıqlandırdığımız faktların izinə düşməlidir. Qəzetimizin son saylarında Salyan və Neftçala rayonlarını əhatə edən 35 saylı TSEK-in sədri Füzuli Bağırovun işində yol verdiyi nöqsanlar barədə ciddi faktlar dərc olunub. Amma buna rəğmən, ƏƏSMN rəhbərliyi səviyyəsində qabartdığımız məsələyə heç bir münasibət bildirilməyib. Cəzasız qalan komissiya sədri Füzuli Bağırov isə özbaşına əməllərini davam etdirməkdədir. Bu şəxsi tanımayan oxucularımız üçün qısaca qeyd edək ki, Füzuli Bağırov Salyan və Neftçala rayonlarının əhalisi arasında qatı müxalifətçi kimi məşhurlaşıb. Belə ki, o, TSEK-ə sədr vəzifəsinə təyin olunana qədər müxalifətçilik edib, eyni zamanda iqtidar nümayəndələrinin əleyhinə xoşagəlməz ifadələr səsləndirib. Hətta onun ötən prezident seçkilərində iqtidarın əleyhinə işlətdiyi fikirlər bu günə kimi Neftçala, Salyan camaatının yadından çıxmayıb. Yəqin ki, heç vaxt çıxmayacaq. Adıçəkilən şəxs 2014-cü ilə qədər Yeni Azərbaycan Partiyasının üzvü olmayıb. Yalnız 35 saylı TSEK-ə sədr qoyulandan sonra YAP-a keçib. Yerli əhalinin bildirdiyinə görə isə Füzuli Bağırovun hakim partiyaya keçməsi formal xarakter daşıyır, yəni o vəzifə naminə bu addımı atıb. Reallıqda isə TSEK sədri hələ də qatı müxalifətçidir və indinin özündə də müxalifətçi dostları ilə bir araya toplaşıb bəzi məsələləri müzakirə edir. Qəzetimizin dünənki sayında TSEK sədrinin qeyri-qanuni sənədlərlə əlillik dərəcəsi müəyyən etdiyi şəxslərin siyahısını dərc etmişdik. Bu gün isə Füzuli Bağırovun maddi maraqları qarşılığında 2015-ci ilin fevral-mart aylarında saxta əlillik dərəcəsi verdiyi digər insanların ad və soyadlarını təqdim etmək istəyirik. Mötəbər mənbənin redaksiyamıza göndərdiyi siyahıda bu şəxslər yer alır:

Hüseynov Ramiz Əlisahib oğlu,

Səmədov Ənvər Fətalı oğlu,

Adıgözəlov Xanlar Hacıməmməd oğlu,

Cəfərov Vilayət Məhəmməd oğlu,

Əliyeva Sevda Məmmədrahim qızı,

Məmmədova Məsməxanım Əli qızı,

Səmədov Amil Həmid oğlu,

Şirinov Sənan Seyfəli oğlu,

Məmmədova Hafizə İbrahim qızı,

Əliyeva Məsmə Həzrətqulu qızı,

Əliyeva Nərgiz İsaq qızı,

Səlimova Zəhra Səmədağa qızı,

Mehnətova Məhbubə Məlik qızı,

Səfərova Mehriban Azər qızı,

Xanəliyeva Yasəmən Əlihəsən qızı,

Əliyev Tahir Ağaş oğlu,

Mərdiyeva Şüşəxanım Abduləli qızı,

Cəlilova Zinyət Həsənağa qızı,

Süleymanova Arzu Süleyman qızı,

Quliyeva Hicran Loğman qızı,

Hüseynova Aybəniz Əmiraslan qızı,

Zeynalova Sürayaxanım İmamverdi qızı,

İmanova Zihilə Asif qızı,

Hüseynova Rəsmiyyə,

Əhmədov Yunis Yusif oğlu,

Rəsulov Şahin Adil oğlu,

Kərimova Sədaqət Xeyrulla qızı,

Əhmədov Namid Məhəmməd oğlu,

Məlikov Novruz Abbas oğlu,

Sarayeva Sürəyya Əziz qızı,

Babayev Elxan Məmməd oğlu,

Həsənova Aidə Cabir qızı,

Əsgərov Kamil Əli oğlu,

Babayeva Səadət Maşallah qızı,

Səmədov İxtiyar Həmid oğlu,

Babayeva Samiyə İnşallah qızı,

Hüseynova Bədircahan Ağalı qızı,

Məmmədova Lalə Əlövsət qızı,

İsmayılova Şəlalə,

Əhədov Müseyib Adil oğlu. Mənbəmizin iddiasına görə, Füzuli Bağırov siyahıda adı qeyd olunan vətəndaşlara qanundan kənar yollarla, başqa sözlə desək pul alaraq əlillik qrupu verib. Ki, nəticədə dövlətin büdcəsinə hər ay külli miqdarda ziyan dəyir. Biz bu ad və soyadları özümüzdən yazmırıq, cənab Səlim Müslümov. Sizdən siyahıda adları qeyd olunan insanların təkrar müayinədən keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verməyinizi xahiş edirik. Bizim bu məsələlərdə başqa niyyətimiz yoxdur. Biz cənab prezidentin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə dəstək oluruq. Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, siyahıda yer alan şəxslərdən heç birinin adı nazirliyin saytında Neftçala və Salyan rayonları üzrə təqaüd alanların siyahısına daxil edilməyib. Fikrimizcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin söz sahibləri 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasında yoxlama tədbirləri həyata keçirib Füzuli Bağırovu ifşa edə bilərlər. Lakin nədənsə nazirlik rəsmiləri hələlik bu məsələdə maraqlı görünmürlər. Bəlkə də, nazirliyin rəhbər heyətində Füzuli Bağırovun "qoruyucu mələyi" var. Təsəlliverici məqam isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TSEK-lərdə korrupsiya yoxlamalarına başlamasıdır. İdarənin rəisi hörmətli Kamran Əliyevdən xahiş edirik ki, yazdığımız faktların ən incə xırdalığına kimi araşdırılması istiqamətində öz tapşırıqlarını versin. Ümidvarıq ki, idarə rəhbərliyi radikal müxalifətçi olduğu bildirilən Füzuli Bağırovun fəaliyyətindəki qanunsuzluqları tezliklə aşkara çıxaracaq və onun barəsində cinayət işi açılacaq. Uzun sözün qısası, 35 saylı TSEK-in sədri işində yol verdiyi özbaşınalıqlara görə hər an məsuliyyətə cəlb edilə və barəsində həbs qətimkan tədbiri seçilə bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net