Azərbaycan nefti bir dollara qədər bahalaşıb
Tarix: 11-04-2015, 11:22 |
Çap et
Azərbaycan neftinin qiyməti bir dollara yaxın artıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzerLight” markalı neftin bir barelinin qiyməti 1,65% və ya 0,97 dollar artaraq 59,74 dollar olub.