“Abbas Abbasov ruslara xoş görünmək istəyir” – AÇIQLAMA
Tarix: 9-04-2015, 17:44 |
Çap et
“Son prezident seçkiləri ərəfəsində deyirdik ki, Abbas Abbasov və dostları Rusiyanın sifarişi ilə Azərbaycanda təxribat törətməyə çalışır. O zamanlar bizim fikirlər ciddi qəbul olunmasa da, indi aydın görünür ki, Abbas Abbas hansı fəaliyyətlə məşğuldur”.
Bu sözləri Editor.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib.
Onun sözlərinə görə, sabiq məmurlar vəzifədən azad olunan kimi, dönüb olurlar qatı müxalifətçi:
“Abbas Abbasov da bu siyahıya aid oluna bilər. Bu adam Mütəllibovun vaxtında vəzifə tutanda Mütəllibovçu idi. Elçibəyin vaxtında vəzifə tutanda Elçibəyçi. Daha sonra YAP-çı oldu. İndi heç bir vəzifə tutmur. Rusiyada yaşayır. İndi də ruslara xoş görünmək istəyir. Onların sifarişi ilə gah “Milyarderlər İttifaqı”nda təmsil olunur, gah da Azərbaycan diasporunu bölməklə məşğuldur. Dövlətçilik əleyhinə fəaliyyət heç kimə, o cümlədən böyük idarəetmə təcrübəsinə malik Abbas Abbasova başucalığı gətirmir”.