Dollar bahalaşmaqda davam edir - Səbəb
Tarix: 9-04-2015, 16:52 |
Çap et
ABŞ Mərkəzi Bankının (FED) mart toplantısı ilə bağlı protokolları açıqlamasından sonra dollar dünyanın önəmli valyutaları qarşısında bahalaşıb.
Axar.az xəbər verir ki, dollar yapon yeni qarşısında 0,10 faiz artaraq 120,33 yen olub.
Son günlərdə dollar qarşısında bahalaşan avro bu gündən enişə keçib. Avro dollara nisbətən 0,17 faiz ucuzlaşaraq 1,0763 dollar təşkil edib.
1 Britaniya funt sterlinq isə 0,04 faiz ucuzlaşaraq 1,4860 dollar olub.
Qeyd edək ki, martın 17-18-də ABŞ Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin (FOMC) toplantısı keçirilib. Toplantı ilə bağlı protokollar ötən gün ictimaiyyətə açıqlanıb. Protokolların nəticəsinə görə, FED-in üzvləri iyunda uçot dərəcəsinin artırılmasına ehtiyac olub-olmaması barədə ikiyə bölünüblər.
FED-in il ərzində uçot dərəcəsini artıracağı ehtimalı isə bir çox ölkələrin Mərkəzi Banklarının dollar almasına səbəb olub. Bu isə dolların daha da dəyər qazanacağı ehtimalını gücləndirir.
Bildirək ki, FED iyunda uçot dərəcəsini artırarsa, dollar daha da bahalaşacaq.