Konçita azərbaycanlılarla eyni səhnədə
Tarix: 9-04-2015, 16:39 |
Çap et
Konçita Vürst Rusiyaya gedir. ANS PRESS-in məlumatına görə, "Eurovision-2015" mahnı müsabiqəsinin iştirakçıları aprelin 24-də qala konsert verəcəklər.
Konçita Vürst də həmin konsertdə iştirak etmək niyyətindədir. O, öz pərəstişkarları üçün sürpriz hazırladığını və bu sürprizi yalnız konsertdə təqdim edəcəyini deyib.
Həmçinin bildirilir ki, aprelin 24-də qala konsertdə Azərbaycan, Böyük Britaniya, Belorusiya, İsrail, Makedoniya, İslandiya, Malta və Çernoqoriyadan olan ifaçılar çıxış edəcəklər.
Qeyd edək ki, bu il "Eurovision" musiqi yarışında ilk dəfə olaraq Avstraliyadan olan ifaçı da yarışacaq. İndiyədək isə müsabiqədə yalnız Avropa qitəsində yerləşən ölkələrin musiqçiləri iştirak ediblər.
Qadın görünüşlü, saqqalı K.Vürst ötən il öz ölkəsinə qalibiyyət qazandıra bilib.