Qohumunu qətlə yetirən gəncə 17 İL HƏBS
Tarix: 9-04-2015, 16:31 |
Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A. Məmmədov 17 il azadlıqdan məhrum edilmə cəzası verilib.
Qeyd edək ki, qətl keçən il oktyabr ayın 3-də Xəzər rayonu Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Məmmədov aralarında yaranan mübahisə zəminində uzaq qohumu Oqtay Rzayevi bıçaqlayaraq öldürüb.
A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.