İŞİD öz "Facebook"unu yaratdı
Tarix: 10-03-2015, 14:50 | Çap et
İŞİD öz "Facebook"unu yaratdı
İŞİD tərəfdarları “Facebook”un analoqu olacaq “Caliphate book” sosial şəbəkəsini yaradıblar.

Avropa.info xəbər verir ki, İŞİD-in digər sosial şəbəkələrdə hesabları bloklandıqdan sonra şəbəkə öz internet resursunu yaratmaq qərarına gəlib.

5elafabook.com adlanan sayt istifadəyə verildikdən bir gün sonra istifadəçilərin qeydiyyatı üçün əlçatmaz olub. Bu səbəbdən sosial şəbəkədə nə qədər adamın qeydiyyatdan keçdiyi məlum deyil.

Saytın adı ərəb dilindəki xilafət sözündən yaranıb. “H” hərfinin ərəb əlifbasında qarşılığı 5 rəqəmini bildirdiyinə görə saytın adı bu cür alınıb.

Sayt yeddi dilə tərcümə olunub: holland, ingilis, ispan, portuqal, türk, İndoneziya, yava dilləri. Maraqlıdır ki, bunların arasında ərəb dili yoxdur.

Saytın giriş səhifəsində internet resursun İŞİD-dəm maliyyə almadığı bildirir. Sayt yaradıcılarının yazdığına görə, onlar müsəlmanların islamı sadəcə silah yolu ilə deyil, internet vasitəsilə dünyaya yaya bilmələrini göstərmək istəyirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net