Deputatdan təəssüf dolu AÇIQLAMA: “Bizim də bəxtimizə belə Minsk Qrupu düşüb”
Tarix: 9-04-2015, 15:47 | Çap et
Deputatdan təəssüf dolu AÇIQLAMA: “Bizim də bəxtimizə belə Minsk Qrupu düşüb”
“ATƏT-in faktaraşdırıcı missiyası nə fakt araşdıracaq ki?! Fakt göz qabağındadır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin süni məskunlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
ATƏT PA-nın azərbaycanlı üzvü bildirib ki, ATƏT-in Minsk qrupunun üzvlərinin regiona səfəri gəzinti xarakteri daşıyır.

“1996-cı ildən ATƏT PA-nın üzvüyəm. Demək olar ki, ATƏT PA-nın işini özümə görə yaxşı bilirəm.

Eyni zamanda, ATƏT–in Minsk qrupunun olmasının əleyhinə deyiləm. Dediyim odur ki, onlar regiona turisrt kimi gəlib getməsinlər, iş görsünlər. ATƏT-in Minsk qrupunun sədri ildə bir dəfə dəyişir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. 1 milyondan artıq qaçqınımız var.

O zaman faktaraşdırıcı missiya nə araşdırır?! Demək istədiyim odur ki, bunlar heç bir iş görə bilmir. Rusiya, Fransa Amerika kimi böyük ölkələrin nümayəndələridirlər. Bu dövlətlərin həmsədrləri bir iş görməlidirlər axı! Ortada heç nə yoxdur. Həmsədrlərin bir sözü var. “Ermənistan-Azərbaycan prezidentləri öz aralarında siyasi iradə tapsınlar, məsələni həll etsinlər, biz razıyıq”.

Məsələni həll edə bilsəydilər siz nəyə lazım idiniz?! Görünür, bizim də qismətimizə ATƏT–in belə Minsk qrupu düşüb”.

Eldar İbrahimov həmçinin zaman-zaman Dağlıq Qarabağa yerləşdirilən və orada məskunlaşdırılan erməni məsələsinə də toxunaraq faktaraşdırıcı missiyanın işini sərt tənqid edib. “Əgər ATƏT-in faktaraşdırıcı missiyası işini yerinə yetirsə Dağlıq Qarabağdakı seperatçı rejimə deməlidir ki, bu torpaqlardan çıx.

Bura sizin torpaq deyil axı! Ermənistan tərəfi yaxşı dərk edir ki, bu məskunlaşmanın axırı yoxdur. Torpaqlarımızı sülh yolu ilə azad edə bilməsək, hərbi yolla məsələni həll etməyə potensialımız var. Bunu düşmən tərəfə ATƏT–in faktaraşdırıcı missiyası başa salmalıdır, amma başa salmır. Ona görə də nə faktaraşdırıcı adını qoyub missiya keçirir?! Bu nə deməkdir?! Hansı faktı araşdırır?! Konkret olaraq, ATƏT-in Minsk qrupu birtərəfli iş görür. Yenə Azərbaycana qarşı ikili standart, ədalətsiz mövqe və Ermənistanı əzizləmək, onların çaldığı hava ilə hərəkət etdiklərinin şahidiyik”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net