56 nəfərin öldüyü rus gəmisini korrupsiya batırıb
Tarix: 9-04-2015, 13:20 |
Çap et
“Keçən həftə batan rus gəmisinin qəzaya uğramasının başlıca səbəbi korrupsiya və tamahkarlıq olub”.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə qəzanı araşdıran istintaq nümayəndəsi çıxış edib.
Xatırladaq ki, balıqçı gəmisi “Uzaq Şərq” 2 apreldə Oxot dənizinin sularında batmışdı. Nəticədə 56 nəfər həlak olmuşdu. Gəminin 132 nəfərlik heyətindən yalnız 63 nəfəri xilas etmək mümkün olub.
Daha əvvəl gəminin batmasını texniki nasazlıqla və təhlükəsizlik qaydalarının pozulması izah edirdilər.
İstintaqı aparan Vladimir Markin deyib ki, gəmi sahibi və kapitan bilirdilər ki, çənlərdə olan yanacağın səviyyəsi minimum həddə olub. Bu isə gəminin balansını pozub. Balıqçı gəmisində xilasetmə üçün nəzərdə tutulan qayıqların sayı da az olub.
İstintaqdan bildiriblər ki, gəmidə qanunsuz şəkildə fəaliyyət göstərən xeyli sayda əcnəbi olub. Onları gətirən və iş düzəldən məmurların adı məlumdur. Bu şəxslər haqda da cinayət işi açılacaq. Ölkədən qaçmasınlar deyən hələlik adları açıqlanmır.