Bazarlarda balığın qiyməti yarıbayarı aşağı düşüb
Tarix: 9-04-2015, 11:46 | Çap et
Bazarlarda balığın qiyməti yarıbayarı aşağı düşüb
Son günlər balıqçılıq rayonları olan Salyan və Neftçalada balıq ucuzlaşıb. Balıq ticarətində qiymətlər təqribən yarıbayarı aşağı düşüb. Belə ki, əgər əvvəllər çəki balığı 25, kütüm 10-9 manata satılırdısa, indi müvafiq olaraq 13 və 5 manata təklif olunur.

AZƏRTAC xəbər verir ki, bu ucuzlaşma digər növ balıqların qiymətlərində də özünü göstərir.

Bəs, qiymətlərin belə kəskin aşağı düşməsinin səbəbi nədir? Balıq ticarəti ilə məşğul olan Salyan sakini İlqar Məmmədov və alıcı Bəxtiyar Sadıqov bunun səbəbini mövsümlə bağlı yaranan bolluqla əlaqələndirirlər. Onların fikrincə, bu aylarda balıq ovu ilə məşğul olanların sayının çoxalması bazarlarda bolluğun yaranmasına gətirib çıxarıb.

Lakin maraqlıdır ki, bu ucuzlaşma nə satıcıları, nə də alıcıları narahat edir. Çünki belə ucuzluğun yaratdığı imkandan istifadə edən alıcılar daha çox balıq alırlar. Satıcılar isə çox məhsul satdıqlarına görə qazanclarını sabit saxlaya bilirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net