Bakı metrosunun sərnişinləri artıb, gəlirləri... azalıb
Tarix: 9-04-2015, 11:45 | Çap et
Bakı metrosunun sərnişinləri artıb, gəlirləri... azalıb
İlkin məlumatlara görə, “Bakı Metropoliteni” QSC 2014-cü ildə sərnişin daşımalarından 42 mln. 64,2 min manat əldə edib. Bu, ötən ilə nisbətən 1,8% azdır.

Sərnişin daşımalarının artması fonunda metronun gəliri 4,3% azalıb. 2014-cü ildə metropoliten rekord sayda sərnişinə xidmət edib – 215,5 mln. nəfər (+8,9 mln).

Dövlət Statistika Komitəsindən "Turan"-a verilən məlumata görə, metropolitenin sərnişindaşıma xərcləri əldə edilmiş vəsaitdən 57 mln. 188 min manat çox – 99,2 mln. manat olub. Maraqlıdır ki, dövlət QSC 2013-cü illə müqayisədə xərcləri 11 mln. 248 min manat azaltmağa müvəffəq olub.

Qeyd edək ki, 2014-cü ildə metroda sərnişindaşımanın maya dəyəri 0,46 qəpik təşkil edib ki, bu da 2013-cü ildə olduğunda 0,07 manat azdır.

Metropolitenin ziyanının bir hissəsi dövlət büdcəsindən dotasiya hesabına ödənilir. 2014-cü ildə bu məqsədlə 38 mln. manat ayırmaq nəzərdə tutulurdu.

Onu da xatırladaq ki, Bakı metrosunda gediş haqqı 0,20 manat təşkil edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net