Azərbaycanlı iştirakçını Türkiyədə ağlatdılar
Tarix: 9-04-2015, 11:30 | Çap et
Azərbaycanlı iştirakçını Türkiyədə ağlatdılar
Türkiyədə televiziya yarışlarından birinin azərbaycanlı iştirakçısı proqram zamanı haldan-hala düşüb.

ANS PRESS-in məlumatına görə, "İşte benim stilim" in iştirakçısı Sima Şərafəddinova onun makiyajını və geyimini sərt tənqid edən münsifin sözlərinə əvvəlcə gülərək reaksiya verib. Lakin cəmi bir neçə saniyə sonra qız ağlamağa başlayıb. Bunu görən Nur Yerlitaş onu sakitləşdirib. Bundan sonra musiqi səslənməyə başlayıb və Sima oynamağa başlayıb.

Qeyd edək ki, 17 yaşlı Sima Şərafətinova Acun Ilıcalıya məxsus T8 kanalında yayımlanan "İşte Benim Stilim"in üçüncü mövsümündə iştirak hüququ qazanıb. Ötən gün yeni mövsümün ilk günü efirə çıxan azərbaycanlı gözəl "Best Model" yarışının iştirakçısı və qalibi olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net