Jirinovskiyə görə telekanalı bağladılar
Tarix: 9-04-2015, 11:02 | Çap et
Jirinovskiyə görə telekanalı bağladılar
Litvada rus dilində yayımlanan “RTR-Planeta” kanalının yayımı dayandırılıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun səbəbi kanalın Ukraynadakı böhranla bağlı rəsmi Moskvanı təbliğ etməsidir.

Litva Radio və Televiziya Şurasının açıqlamasında görə, kanal Ukraynaya qarşı nifrət aşılayan verilişlər yayımlayıb, Avropa Şurasının İnformasiya Yayımı qanununu pozub, buna görə də 3 ay müddətində onun kabel televiziyası fəaliyyəti məhdudlaşdırılıb.

Şuranın açıqlamasında qeyd olunub ki, kanal barədə qərar veriləndə 12 mart tarixində efirə verilən “Bazar axşamı” verilişində rusiyalı parlamentari Vladimir Jirnovskinin Ukrayna dövləti və xalqına qarşı düşmən münasibəti və ərazi bütövlüyünü təhdid edən çıxışı da nəzərə alınıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net