Bakıda supermarketi soymaq istəyən şəxs tutuldu
Tarix: 9-04-2015, 10:57 | Çap et
Bakıda supermarketi soymaq istəyən şəxs tutuldu
Bakıda oğurluğa cəhd edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, aprelin 8-də saat 06:09 radələrində, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun N.Tusi küçəsində yerləşən “Araz” market mağazasından daxil olmuş “həyəcan” siqnalını yoxlayıb. Bu zaman məlum olub ki, naməlum şəxs obyektin yan qapısına müdaxilə etməklə oğurluğa cəhd edir. Hələlik şəxsiyyəti müəyyən edilməyən həmin şəxs obyektin daxilində saxlanılıb və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net