Bakıda polis tapdığı 16 yaşlı qızla bağlı müraciət etdi (FOTO)
Tarix: 9-04-2015, 10:53 | Çap et
Bakıda polis tapdığı 16 yaşlı qızla bağlı müraciət etdi (FOTO)
Bakıda itkin düşmüş qız tapılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin rəisi Tuncay Abbasov APA-ya bildirib. Onun verdiyi məlumata görə, ötən gün rayonun Hövsan qəsəbəsi ərazisində təxminən 16 yaşlarında olan qızın tapıldığı barədə məlumat daxil olub.

Tapılan şəxs əqli cəhətdən qüsurlu olduğundan özü barədə düzgün məlumat verə bilmir.

Yeniyetməni tanıyanlardan 30-cu polis bölməsinin növbətçi hissəsinin 457-57-02 və 457-57-91 saylı telefon nömrələrinə zəng etmələri xahiş edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net