“Köçkünlər Avropa Oyunlarına qədər gözləməli olacaq”
Tarix: 9-04-2015, 10:48 | Çap et
“Köçkünlər Avropa Oyunlarına qədər gözləməli olacaq”
Dörd gün bundan öncə saytımızda Mingəçevir şəhərində “Sağ sahil” adlanan ərazidə yarımçıq mehmanxanada məskunlaşan məcburi köçkünlərin narazılığından bəhs etmişdik. (http://moderator.az/index.php?xeber=74454 ). Bildirmişdik ki, qəzalı vəziyyətdə olan binada yaşadıqlarını iddia edən köçkünlər, köçürülmə ilə bağlı tələblər səsləndirsə də, əlaqədar qurumların onların bu tələbini yerinə yetirməməkdə ittiham edir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov problemə I Avropa Oyunlarından sonra baxılacağını vurğuladı:
“Sözügedən mehmanxanada məskunlaşan məcburi köçkünlər ordan köçürülmələrini istəyirlər. Lakin hələ ki, köçürmə yoxdur. Mingəçevir şəhərində çoxmərtəbəli yaşayış binalarından ibarət kompleks inşa olunub. Cənab prezident də onun açılışında iştirak edib. Avropa Oyunları ilə bağlı Mingəçevir şəhərində də tədbirlər keçiriləcək. Həmin yaşayış kompleksində idmançılar yerləşdiriləcək. Tədbir yekunlaşandan sonra həmin binaların məcburi köçkünlərin istifadəsinə verilməsi məsələsinə baxılacaq. Bu gün üçün hansısa köçürmədən danışmaq tezdir və gündəlikdə deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net