Martda ərzaq 1% ucuzlaşıb
Tarix: 9-04-2015, 10:22 |
Çap et
Martda Bakıda ərzaq 1% ucuzlaşıb. Fevralda 4,4% artım, yanvarda 2% azalma olmuşdu.
Turan-ın tərtib etdiyi 30 ərzaqdan ibarət səbətdə yumurta (-28%), quş əti (-3,8%), qarğıdalı yağı (-4,6%), şəkər tozu (-6,2%), düyü (-4,7%), süd (-9%) ucuzlaşıb.
Xiyar (+25%), mal əti (+15,4%), qoyun əti (+5,2%), qarabaşaq (+12%) bahalanıb.
Digər qiymətlər az dəyişib. Ət və quş əti kimi ərzağın qışda ucuzlaşması əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasından xəbər verir.