Azərbaycanda dolların bahalaşması ilə bağlı rəsmi açıqlama
Tarix: 8-04-2015, 13:27 |
Çap et
Mərkəzi Bankın elan etdiyi kimi, manatın məzənnəsi avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür.
Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər.
Bunu "manatın ucuzlaşmasına hansı faktorlar təsir edir?" sorğusuna cavab olaraq Mərkəzi Bankdan Trend-ə bildiriblər.
Məlumatda qeyd edilir ki, son 2 gündə beynəlxalq valyuta bazarlarında avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur: "Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişiminə səbəb olmuşdur. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadır. Avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meylləri nəzərə alır.