Neft ucuzlaşmağa başladı
Tarix: 8-04-2015, 13:13 | Çap et
Neft ucuzlaşmağa başladı
Səudiyyə Ərəbistanın mart üzrə neft hasilatının statistik göstəriciləri dərc olunduqdan sonra dünya üzrə neft qiymətləri bir qədər ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Brent markalı neftin may füçersləri 0,15% ucuzlaşaraq barrel üzrə $58,24-ə düşüb. Texas nefti üçün may füçerslərinin qiyməti isə 1,80% ucuzlaşaraq barrel üzrə $52,94 olub.

Mart ayında Səudiyyə Ərəbistanı gündə 10,3 milyon barrel neft hasil edib. Səudiyyə Ərəbistanının neft naziri Əl əl-Nəimi bildirib ki, gələcəkdə də günlük neft hasilatı 10 mln barrel səviyyəsində qalacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net