Elnarədən telekanal rəhbərlərinə müraciət- “Normal efir tələb edirəm”
Tarix: 8-04-2015, 13:03 | Çap et
Elnarədən telekanal rəhbərlərinə müraciət- “Normal efir tələb edirəm”
Müğənni Elnarə Xəlilova “Televiziyalar zibilxanaya bənzəyir” fikirlərinə yenidən aydınlıq gətirib. “Qafqazinfo” nun məlumatına görə, müğənni kanal rəhbərlərinə müraciət ünvanlayıb:

“Bizim çox gözəl televiziya dəyərlərimiz var. Mən Azərbaycan televiziyasını təhqir etməmişəm. Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm. Çünki efirlərə kimlər gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım televiziya kanallarına çıxan insanlara deyil, mənim etirazım onları efirə buraxan televiziya kanallarının rəhbərlərinədir. Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə müraciət edirəm. Mən onlardan umuram. Mən normal efir umuram. Normal efir tələb edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əleyhinəyəm. Bəsdi insanların əsəbləri ilə oynadınız! Mən niyə övladlarımı öz telekallarımızdan qorumalıyam? Milli Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edirəm ki, efirlərdə səslənən müraciətlər, ismarıclar, söyüşlər və təhqirlərə diqqət etsin. Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar haqqında ölçü götürüləcək, ya yox?”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net