Tanınmış jurnalistin qızıllarını oğurladılar
Tarix: 8-04-2015, 12:54 | Çap et
Tanınmış jurnalistin qızıllarını oğurladılar
Bakının Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi 59 saylı binada yaşayan, tanınmış jurnalist Laçın Məmmədovanın (Laçın Səmla) evi qarət edilib

Oğrular evdən jurnalistə məxsus qədim zinət və başqa qiymətli əşyaları götürüblər.
Bu barədə istiqlal.az-a jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, hadisə o, Bakıda olmadığı müddətdə olub: “Martın 29-da axşam evə dönərkən əşyalarımın yerə dağıldığını gördüm. Oğrular pəncərədən içəri daxil olaraq nənəmdən mənə miras qalan qızılları və başqa əşyaları götürüblər. Hadisə barədə dərhal 27-ci polis bölməsinə məlumat verdim. Hazırda faktla bağlı Yasamal Polis İdarəsində araşdırma aparılır. İş müstəntiq Elvin Yusifovun icraatındadır. Hələlik oğrular tapılmayıb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net