Səudiyyə Ərəbistanından gələn xəbərlər fonunda neftin qiyməti yenidən düşüb
Tarix: 8-04-2015, 11:43 | Çap et
Səudiyyə Ərəbistanından gələn xəbərlər fonunda neftin qiyməti yenidən düşüb
Səudiyyə Ərəbistanının neft hasilatı üzrə mart ayına olan statistikası açıqlanandan sonra dünya bazarında neftin qiyməti yenidən düşməyə başlayıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Şimal dənizinin Brent qarışıq neftinin may fyuçersi 1,4 faiz – bir bareli 58,27 ABŞ dollarına enib.

WTI neftinin may fyuçersində isə 1,93 faiz eniş (bir barel 52,94 ABŞ dolları) müşahidə olunub.

Bundan əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanı sutkada 10,3 milyon barel neft hasil edir. Krallığın neft naziri Əli əl-Naimi bəyan edib ki, yaxın gələcəkdə hasilata təxminən gündə 10 milyon barel həcmində davam edəcəklər.

“Bu təklifi kompensasiya etmək üçün, tələbatın qalxmasını görmək istəyirik. Hazırda bazarda neft bolluğu var” – deyə nazir əlavə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net