Atatürkü masonlar zəhərləyib – Növbəti iddia
Tarix: 8-04-2015, 10:28 | Çap et
Atatürkü masonlar zəhərləyib – Növbəti iddia
Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün zəhərlənərək öldürülməsi ilə bağlı daha bir gizli məqam ortaya çıxıb.

Axar.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumata görə, ölkənin 2-ci prezidenti, Atatürkün ölümündə günahlandırılan İsmət İnönü mason lojasının üzvü olub.

Məlumata görə, 27 may 1960-cı il qiyamı ərəfəsində Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi Şükran Özkaya hüquq mühafizə orqanlarına məktub yazaraq, masonlarla bağlı hazırlanacaq hesabatdan İsmət İnönünün adının çıxarılmasını tələb edib.

Türkiyənin keçmiş nazirlərindən Sabahattin Savcı da Atatürkün ölümündə masonların əlinin olduğunu bildirib. O, Atatürkün İsmət İnönü, Daxili İşlər naziri Şükrü Qaya və millət vəkili Qasım Gülək tərəfindən yavaş-yavaş zəhərlənərək öldürüldüyünü, bunu isə mason lojalarının sıx səylərilə etdiklərini etiraf edib.

Qeyd edək ki, qəzet ötən gün Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün İsmət İnönü tərəfindən zəhərlənərək öldürüldüyünü yazıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net