Daha bir qatil həkimə cinayət işi açıldı
Tarix: 8-04-2015, 09:52 | Çap et
Daha bir qatil həkimə cinayət işi açıldı
BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı daha bir cinayət içi açılıb.

Axar.az xəbər verir ki, cinayət işinin istintaqını Bakı Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin mühüm işlər üzrə baş təhqiqatçısı Vüqar İsmayılov aparır.

Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş cərrahi əməliyyat zamanı asistent, Tobçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrahı Fərəculla İdrisovun dələduzluq əməli araşdırılır. Əlavə edək ki, Bakı Prokurorluğunda bu ölüm faktı ilə bağlı aparılan istintaq zamanı Fərəculla İdrisovun əməllərində dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdi.

Lakin Nəsimi polisi cinayət işinin açılmasından imtina barədə qərar verdi. Zərərçəkənin Daxili İşlər naziri general-polkovnik Ramil Usubova müraciətindən sonra cənab nazir işi nəzarətinə götürdü; Nəsimi RPİ-nin İstintaq şöbəsinin çıxardığı xətm qərarı ləğv edilərək işin materialları Bakı şəhər Baş Polis İdarəsinə göndərildi. R.Usubovun tapşırığı ilə işə nəzarəti bütövlükdə DİN Baş İstintaq İdarəsi həyata keçirir.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi iş üzrə 178.1-ci maddə ilə cinayət işi açıb.

Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının papilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net