Tərtərdəki “Yevlax qruplaşması” və icra başçsının rüşvət – SİSTEMİ
Tarix: 8-04-2015, 08:49 | Çap et
Tərtərdəki “Yevlax qruplaşması” və icra başçsının rüşvət – SİSTEMİ
Ötən yazımızda Tərtər rayonunda dövlət büdcəsindən ayrılan milyonların asanlıqla yuyulduğu haqda yazmışdıq. Sözügedən məqalədə qeyd olunurdu ki, Tərtər rayon icra hakimiyyətinin başçısı postuna yeni təyinat alan Müstəqim Məmmədov “abadlıq və quruculuq” adı altında talançılıqla məşğuldur

Məsələ bundadır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. Təsəvvür edin ki, son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, həmin küçə və parklar, müxtəlif təyinatlı tikililər yenidən təmir olunmaq üçün sökülür, dağıdılır və qazılır. Bütün bu əməliyyatlar hesabına isə küllü miqdarda pullar silinir.
Bu günlərdə isə cumhuriyyet.az-ın elektron ünvanına Tərtər sakini olan Qarabağ müharibəsi əlili (bəlli səbəblərdən şikayətçinin adını və soyadını yazmırıq-red) şikayət məktubu ünvanlayıb. Həmin məktubda bir daha vurğulanır ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abdlıq adı altında və özünün yaxın adamları vasitəsilə pul toplayır: “İcra başçısı gözə görünən yerləri 3-4 dəfə təmir elətdirir, rayonun görünməyən yerləri isə xarabalıgı xatırladır. Şəhid və Qarabag əlillərinin binasının 2 kanlizasiyasının üstü 4 ildir ki, açıqdır. Problemlə bağlı dəfələrlə şikayət etsək də müraciətlərimizin heç bir nəticəsi olmayıb”. Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə, Müstəqim Məmmədovun özü ilə Yevlaxdan gətirdiyi komanda Tərtərdə “at oynadır” və icra başçısı onlara qeyri-məhdud səlahiyyətlər verib: “Məsələn, Tərtər RİH başçısının 1-ci müavin Ramiz Şabanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov həmin “Yevlax qruplaşması”nın üzvləridir və əksər işlər məhz onların əli ilə görülür. İcra başçısının “qara işlərini” isə yenə özü ilə Yevlax rayonundan gətirdiyi və Tərtər RİH-də məsləhətçi vəzifəsinə təyin etdiyi Çingiz İsayevin vasitəsilə həyata keçirir”.
Daha ilginc iddia isə icra başçısının kənd icra nümayəndələrindən rüşvət toplaması ilə bağlıdır: “Tərtər rayonunda 74 kənd var və hər bir kənd savetliyinin 200 manat maaş alan mühasiblərinin hər birindən 6 aya 800 azn manat rüşvət yığılır. Ancaq bu hələ harasıdır, Müstəqim Məmmədov daha yüksək vəzifə tutan yerli məmurlardan daha böyük məbləğlər tələb edir”.
İcra başçısının Tərtərə yeni gələrkən fərdi evlərin hasarlarını uçurtduğunu deyən mənbəmiz indi həmin yerlərin təkrar satışa çıxarıldığını iddia edir: “Müstəqim Məmmədov camaatın darvasasını sökdü, daşdan və “setka”dan olan hasarlarını sökdü, indi isə 2000-3000 azn qarşılığında qaraj yerləri satışa çıxarılıb. Sökdüyü yerlərin yenidən satışa çıxarılması işinə isə baş memar Tofiq nəzarət edir, bütün pullar onun əliylə yığılır”.
Sonda xatırladaq ki, Müstəqim Məmmədov bu vəzifəyə qədər Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda onun Yevlax rayonunda tikinti materiallarının istehsalı və satışı ilə məşğul olan, eləcə də bir sıra ictimai-iaşə obyektlərinin varlığı daxil olan məlumatlar arasındadır. Yaxın günlərdə həmin obyektlərin fotolarını da təqdim etməyə çalışacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net