MSK-da yeni struktur yaradıldı
Tarix: 7-04-2015, 18:21 |
Çap et
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin strukturunda dəyişiklik edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə qərar Komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.
İclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, siyasi partiyaların maliyyə hesabatlarının Komissiya tərəfindən qəbul edilməsi ilə əlaqədar MSK Katibliyində yeni strukturunun yaradılmasına ehtiyac yaranıb.
Daha sona təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl siyasi partiyalar illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim edirdi. “Siyasi partiyalar haqqında” qanuna Nazirlər Kabineti tərəfindən edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların maliyyə hesabatları MSK-ya təqdim edilməlidir.