Əməkdar artist: "Müəllimimlə ailə qurdum"
Tarix: 7-04-2015, 18:00 | Çap et
Əməkdar artist: "Müəllimimlə ailə qurdum"
Əməkdar artist Elşən Cəbrayılov şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə qonaq olan Akademik Milli Dram Teatrının aktyoru deyib ki, o, 33 yaşında öz müəlliməsi ilə evlənib: “Həyat yoldaşıma ilk baxışdan aşiq olmuşam. O, mənim ingilis dili müəlliməm idi. Yaşda mən ondan böyüyəm. Onun yanına hazırlığa gedən zaman ilk baxışdan sevdim. Çox qəribə duyğular hiss etdim. Qızı görən kimi onu gəlinlik paltarında hiss elədim, özümü də bəy geyimində. Evə gəldim, anama dedim ki, mən o qızı sevirəm. Anam da dedi, “yeri get işinlə məşğul ol, sənin ipinin üstünə odun yığmaq olmaz”. Dedim yox, Vallah, həqiqi sevirəm. Beləliklə, 1-2 dərsə getdim, amma dərsi öyrənməmişdim. Sonra mənə dedi ki, “Elşən bəy, bir də dərsinizi öyrənməsəniz, gəlməyin”. Mən də ona məktub yazmışdım. Məktubu kitabın altına qoydum və bir də dərsə gəlmədim. Məktubdan sonra mənə nifrət etdi. Bir-iki ay depressiya yaşadım. Daha sonra anam elçi getdi. Beləcə ailə qurduq”.

Qeyd edək ki, 38 yaşı olan E.Cəbrayılovun həmin evlilikdən bir qızı və bir oğlu var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net