Nazirlik 23 nəfəri həbs etdirdi
Tarix: 7-04-2015, 17:40 | Çap et
Nazirlik 23 nəfəri həbs etdirdi
13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bu ilin birinci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 346 cinayət işi başlanıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, həmin cinayət işlərindən 110-u vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə, 225-i vergi borcunun ödənilməməsi, 11-i əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə, aksiz markası olmadan malların satışı və saxlanılması ilə məşğul olma faktları üzrə operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında başlanıb.

Hesabat dövründə Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 13 milyon 72,1 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Departamentin İstintaq idarəsində 161 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 23 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 112 cinayət işi üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (o cümlədən, 16 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işlərinə xitam verilib.
İstintaqı tamamlanmış cinayət işləri üzrə 39 nəfər barəsində 30 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.





Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net