Daha dörd nəfər AzTV-dən çıxarıldı
Tarix: 7-04-2015, 17:23 |
Çap et
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) ixtisarlar davam edir. Vertikal.az AzNews.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında bu qurumun daha dörd əməkdaşının işinə xitam verilib.
Məlumata əsasən, AzTV-nin bədii rəhbəri, rejissoru Etibar Babayev, televiziyada tanınmış rejissor Elnur Məmmədov və "Səhər” musiqili informasiya proqramının baş rejissoru Rəsul Ələkbərov və adı açıqlanmayan montajçı işdən kənarlaşdırılıb.
Hər 4 şəxsin öz ərizəsi ilə işdən ayrıldığı deyilir.