Bu villaya yaxınlaşana 600 dollar – CƏRİMƏ
Tarix: 7-04-2015, 17:00 | Çap et
Bu villaya yaxınlaşana 600 dollar – CƏRİMƏ
Amerikalı aktyor Corc Kluninin İtaliyadakı villasına yaxınlaşanlar cərimlənəcək.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 6 ay əvvəl vəkil Amal Alamuddinlə evlənən aktyorun yaz-yay aylarında yaşayacağı və İtaliyanın Komo gölü sahilində yerləşən villaya yaxınlaşanlar 600 dollar məbləğində cərimə ödəməli olacaq.

Laqlio bələdiyyə sədri Roberto Pozzinin bununla bağlı qəbul etdiyi qərara görə, cərimə villaya 100 metrdən artıq yaxınlaşanlara tətbiq ediləcək.

Bələdiyyə sədri qərarının məqsədini isə aktyor və həyat yoldaşının rahatlığını qorumaq olduğunu deyib.

Qeyd edək ki, Kluni villanı 2002-ci ildə alıb. Alamuddinlə evlənəndən sonra onun pərəstişkarları və jurnalistlər villanın ətrafında demək olar ki, məskən salıb və bəziləri isə qapını oğurlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net