Dövlət Bakıda 3 min manata “Toyota Corolla” satır
Tarix: 7-04-2015, 16:52 | Çap et
Dövlət Bakıda 3 min manata “Toyota Corolla” satır
Komitə satılan avtomobillərin siyahısını açıqladı.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mayın 5-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Bu barədə Moderator.az -a komitədən məlumat verilib.

Komitənin məlumatına görə, 2006-ci il istehsalı olan “Toyota Corolla” 3306 manata (start qiyməti) satışa çıxarılır. 1996-cı il istehsalı olan “VAZ-2106” 416 manata (start qiyməti) alıcılara təklif olunur. Bundan başqa, start qiyməti 480 manat olan 1997-ci il istehsalı olan “QAZ-3102” də hərracda yer alır.

1998-ci il istehsalı olan “Daewoo Leganza” start qiyməti 800 manat olmaqla hərracda yer alacaq.

Qeyd edək ki, hərracda “Honda Accord”, “Chevrolet Niva” avtomobilləri də var.

Belə ki, hərracda start qiyməti 2273 manat olan 2003-cü il istehsalı olan “Honda Accord” və 2005-ci il istehsalı olan “Chevrolet Niva” start qiyməti 2338 manat olmaqla satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan “Toyota Corolla” 15 500 dollara, 1997-ci il istehsalı 6000 dollara, 2002-ci il istehsalı olan “Honda Accord” 11 500 dollara, 2005-ci il istehsalı olan “Chevrolet Niva” isə 5700 dollara alıcılara təklif olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net