Keçmiş deputatlar hardadır? – ARAŞDIRMA
Tarix: 7-04-2015, 16:40 | Çap et
Keçmiş deputatlar hardadır? – ARAŞDIRMA
Editor.az bu dəfə III çağırış Azərbaycan Parlamentində təmsil olunan keçmiş deputatların hazırda nə işlə məşğul olduqlarını aydınlaşdırmağa çalışıb.

Ötən çağırış Azərbaycan Parlamentində 8 saylı Binəqədi seçki dairəsini təmsil etmiş Arzu Səmədbəyli hazırda Müsavat Partiyasının üzvü olsa da, siyasi aktivliyi müşahidə olunmur.

27 saylı Sabunçu ikinci seçki dairəsini təmsil edən keçmiş deputat Fərrux Zeynalov elmi fəaliyyətlə məşğul olur.

34 saylı Xətai ikinci seçki dairəsini təmsil edən keçmiş deputat Nəsib Nəsibli hazırda elmi fəaliyyətlə məşğul olur.

41 saylı Sumqayıt ikinci seçki dairəsini təmsil edən keçmiş deputat İkram İsrafil Müsavat Partiyasının Divan üzvüdür.

44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən keçmiş deputat Baba Tağıyev “Avropa Qapıları” şirkətinin sahibi və Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvüdür.

51 saylı Qusar seçki dairəsini təmsil edən keçmiş deputat Xəlibəy Günəşovun hazırda bizneslə məşğul olduğu deyilir.

55 saylı Xaçmaz seçki dairəsini təmsil edən keçmiş deputat Lalə Abbasova “Qadın və Tərəqqi” İctimai Birliyinin sədridir.

59 saylı Səlyan seçki dairəsini təmsil edən keçmiş deputat Əkrəm Abdullayev hazırda “AGBANK”da Mərkəzi Aparatın rəhbəridir.

62 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən keçmiş deputat Gülhüseyn Əhmədov hazırda işsizdir.

63 saylı Sabirabad şəhər seçki dairəsini təmsil edən keçmiş deputat Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədridir.

70 saylı Masallı şəhər seçki dairəsini təmsil edən keçmiş deputat Əhəd Abıyev hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısıdır.

78 saylı Lerik-Lənkəran seçki dairəsini təmsil edən keçmiş deputat Miri Qəmbərov hazırda “Azərkontrakt” ASC-yə rəhbərlik edir.

79 saylı İmişli seçki dairəsini təmsil edən keçmiş deputat İltizam Əkbərli işsizdir.

80 saylı İmişli-Beyləqan seçki dairəsini təmsil edən keçmiş deputat Əhəd Əhmədov hazırda sahibkarlıq fəaliyyətilə məşğul olur.

95 saylı Tərtər seçki dairəsini təmsil edən keçmiş deputat Aynur Quliyeva hazırda “Teleqraf” Holdinqə rəhbərlik edir və rəhbərlik etdiyi media holdinqə bir neçə xəbər saytı və qəzet daxildir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net