Nemtsovun qətli: müxalifətçi həbslərin düzgünlüyünə şübhə edir
Tarix: 10-03-2015, 11:15 |
Çap et
Qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun yaxın müttəffiqi qətldə 2 nəfərin ittiham edilməsindən və daha 3 nəfərin saxlanmasından sonra həqiqətin üzə çıxacağına “şübhə ilə” yanaşdığını bildirib.
“Tətiyi çəkən cəzalandırılacaq, sifariçilər isə azadlıqda qalacaqlar”, Nemtsovun partiyasının həmtəsisçisi İlya Yaşin bazar günü bildirib.
Nemtsovun qətlə yetirilməsində 2 çeçen əsilli vətəndaş ittiham olunduqdan və daha 3 nəfər saxlandıqdan sonra cənab Yaşin radikal islamçıların bu qətldə əli olduqları iddiasına inanmadığını bildirib.
"Müstəntiqlərin qətlin islamçılar tərəfindən törədilməsi barədə anlaqsız versiyası Kremlin maraqlarına cavab verir, Putindən diqqəti yayındırır”, Yaşin Twitter səhifəsində bildirib.
BBC-ə müsahibəsində, o deyib ki, qətlin arxasında duranlar Rusiyadadır və hətta hökümətdə otururlar.
Bazar günü, Moskva məhkəməsi Zaur Dadayev və Anzor Qubaşevi siyasətçi Boris Nemtsovu qüllələməkdə ittiham edib.
Məhkəmənin bildirdiyinə görə, cənab Dadayev qətldə iştirakını etiraf edib.
Digər 3 şəxs şübhəli qismində məhkəmənin qərarı ilə saxlanılıblar. Daha bir şəxs isə, xəbərlərə görə, Qroznı şəhərində polislə qarşıdurma zamanı özünü əl qaumbarası ilə partladıb.
Hədələr
Putinin müttəfiqi olan çeçen lideri Ramzan Kadırov Z.Dadayevi "əsl müsəlman" kimi təsvir edib.
Onun sözlərinə görə, Z.Dadayev bütün müsəlmanlar kimi Charlie Hebdo jurnalında Məhəmməd peyğəmbərin karikaturlarından şok hissi keçirib.
Kadırov və Putin
Digər rusiyalı siyasətçilər və fəallarla yanaşı Nemtsov da Fransa satirik jurnalının 12 əməkdaşının islamçı ekstremistlər tərəfindən qətlə yetirilməsini pisləmişdi.
Eyni zamanda, Nemtsov çeçen liderinin Charlie Hebdo karikaturalarını pisləməyənlərin ünvanına hədələr səsləndirməsini də tənqid etmişdi.
Kadırov keçmiş neft maqnatı Mixail Xodorkovskini mediaya Charlie Hebdo karikaturalarını dərc etdirmək çağırışı etdiyinə görə özünün "şəxsi düşməni" adlandırmışdı.
O, eləcə də demişdi ki, Exo Moskvı radiosunun baş redaktoru Aleksey Venediktov karikaturaların dərc edilib-edilməməsi məsələsilə bağlı sorğu keçirdiyinə görə "məsuliyyətə cəlb olunmalıdır".
Buna görə Boris Nemtsov Ramzan Kadırovu Rusiya Cinayət Məcəlləsini pozaraq jurnalistlərin fəaliyyətinə əngəl törətməkdə ittiham etmişdi.
“Ramzanın hədələri hamını boğaza yığıb, lakin o əmindir ki, prezident Putin heç kimə ona dəyməyə imkan verməz", Nemtsov yanvar ayında Facebook səhifəsində yazmışdı.
"Şəffaflıq tələbi"
Cənab Yaşin BBC-ə bildirib ki, Nemtsov İslamın heç də öndə gedən tənqidçilərindən olmayıb, tənqidinin ağırlıq mərkəzini həmişə Vladimir Putinə qarşı yönəldib.
İlya Yaşin Boris Nemtsovun qatillərinin Rusiyanın xaricində olduğuna inanmadığını, bu qətlin cəmiyyəti qorxutmaq məqsədilə edildiyini bildirib.
Onun sözlərinə görə, əgər Rusiya rəsmilərində ittiham olunmuş 2 şəxsin qatil olduğlarını sübut edən dəlillər varsa, onda həmin faktlar ictimailəşdirilməlidir.
"Mən qətlin təşkilatçılarının Rusiyada olduqlarını və hökümətdə oturduqlarını düşünürəm", Yaşin əlavə edib.
O hesab edir ki, son illər ərzində Nemtsovu edənlərə qarşı istintaq aparılmalıdır.
Onun təbirincə, qətlin Kreml divarları altında törədilməsi onu, bu hadisənin rəsmilərin xeyir-duası ilə baş verdiyini düşünməyə vadar edir.
Boris Nemtsovun qızı Janna da əmindir ki, onun atasının Kremlin ünvanına tənqidi, qətlə yetirilməsinin əsas səbəbi olub.
Bazar günü Alman televiziyasında təşkil edilmiş debatlarda çıxış edən Janna Nemtsova deyib ki, Kremlin onun atasını öldürməyə motivi olub.
"Mənim atam Qərbə anlatmaq istəyirdi ki, Rusiya televiziyasına rəhbərlik edənlər xalqı aldadır", Janna Nemtsova deyib.
Onun təbirincə, əgər həbs olunanlar Çeçenistan DİN-in əməkdaşları olublarsa, qətlə görə "siyasi məsuliyyət Moskvanın üzərinə düşür". (BBC)