Qəfil səfər çox əhəmiyyətlidir - Ekspert
Tarix: 7-04-2015, 15:24 | Çap et
Qəfil səfər çox əhəmiyyətlidir - Ekspert
Azərbaycanın Səudiyyə Ərəbistanı ilə sıx münasibətlər qurmasını müxalifət nümayəndələri sosial şəbəkələrdə tənqid edirlər.

Onların sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə yaxınlaşma Ər-Riyadın Azərbaycandakı radikal sələfilərə dəstəyini artırmasına münbit şərait yaradacaq.

Hafta.az-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu siyasi proqnoz verib. O bildirib ki, “bütün sələfi terrorçu təşkilatları Səuidyyə Ərəbistanı maliyyələşdirir" fikri ilə razı deyil:

“Məgər həmin radikallar Səudiyyə Ərəbistanın ərazisində az terror əməli törədiblər və ya kral ailəsini Amerikanın köləsi adlandırmayıblarmı? O ki qaldı Səudiyyə Ərəbistanı ilə dostluğun Azərbaycanda radikal sələfiliyin yol açacağı fikirlərinə, Almaniya Ər-Riyadın dostu deyil. Bu ölkədən kredit də almır. Ancaq Almaniyada radikal sələfilər Azərbaycandakından az deyil. Suriyaya gedən Almaniya vətəndaşlarının sayı da Azərbaycandakılardan xeyli çoxdur. Bir də ki, rəsmi Bakı Səudiyyə Ərəbistanının reaksiyasından çəkinsəydi, sələfilərin Bakıdakı əsas məscidini qapatmazdı”.

E.Şahinoğlu bildirib ki, prezidentin səfəri qəfil səfərdir və çox əhəmiyyətlidir:

“Səudiyyə Ərəbistanı Azərbaycanla müttəfiq sayılacaq dövlətdir. Çünki bu dövlət Dağlıq Qarabağ probleminə görə Ermənistanla diplomatik münasibətdə olan üç dövlətdən biridir. Bu baxımdan səfəri çox əhəmiyyətli hesab etmək olar. Ola bilər ki, iqtisadi əməkdaşlıqlar da olsun. Bu isə bizim üçün xeyirli olacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net