Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Tarix: 7-04-2015, 15:06 | Çap et
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyətini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak edib.

Hələ bu ilin əvvəllərində DƏMX tərəfindən həmin müəssisələrə rəsmi məktubla müraciət olunaraq, onlarda əməyin mühafizəsi sahəsində mövcud olan çatışmazlıqların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması, əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, onların müəyyən edilmiş müddətlərdə və çeşidlərdə pulsuz fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin edilməsi üçün tədbirlər görülməsi barədə göstərişlər verilib.

Eyni zamanda bu göstərişlərin icra vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərinin həyata keçiriləcəyi onların diqqətinə çatdırılıb.

Məktubun icrasına nəzarət tədbirləri zamanı bu müəssisələrin əksəriyyətində qeyd olunan məsələlərin həlli ilə bağlı müvafiq işlərin aparıldığı müəyyənləşsə də, ayrı-ayrı müəssisələrdə hələ də işəgötürənlərin bu məsələyə laqeydliyindən irəli gələn ciddi nöqsanlar müşahidə edilib.

Belə ki, Bakının Qaradağ rayonunda yerləşən "Tutu" MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığı aşkar edilib.

Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb. “Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanlar aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

DƏMX tərəfindən 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayının “Təhlükəsiz iş ayığı” elan edilməsində məqsəd işəgötürənlərin, ümumən cəmiyyətin əməyin təhlükəsizliyi məsələsinə diqqətinin artırılması, bu sahədə hələ də mövcud olan nöqsanların tam aradan qaldırılmasıdır.

Aylıq çərçivəsində müvafiq Tədbirlər Planı üzrə Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlərlə yanaşı, əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birgə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulub.
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)
Səlim Müslümovdan daş karxanalarına cəzalar (FOTO)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net