Ərdoğanın qalmaqallı İran səfəri başladı
Tarix: 7-04-2015, 13:20 | Çap et
Ərdoğanın qalmaqallı İran səfəri başladı
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan İranda rəsmi səfərdədir.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tehranda hava limanına enən dövlət başçısını xarici işlər naziri, iqtisadiyyat naziri, gömrük və ticarət naziri, enerji və təbii sərvətlər naziri, mədəniyyət və turizm naziri müşayiət edib.

Qeyd edək ki, Ərdoğanın İranı Yəmənin daxili işlərinə qarışmaq və bölgədə dominantlıq etməyə çalışmaqda ittiham etməsi qonşu ölkədə sərt tənqidlərlə qarşılanıb. Parlamentin 65 deputatı prezident Ruhaniyə məktub yazaraq bildiriblər ki, Türkiyə prezidenti “bəsirətsiz” sözünə görə İran xalqından üzr istəməlidir. İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü isə İranı təhqir edən birinin ayaqları altına qırmızı xalı sərməyin ölkə diplomatiyası üçün utancverici olduğunu qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net