İrəvanda müxalif hərəkatın ofisində axtarışlar başlayıb, həbslər var
Tarix: 7-04-2015, 13:00 | Çap et
İrəvanda müxalif hərəkatın ofisində axtarışlar başlayıb, həbslər var
İrəvanda “Təsis parlamenti” hərəkatının ofisində və qurumun nümayəndələrinin mənzillərində axtarışlar başlayıb, həbs olunanlar var.

Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, “Təsis parlamenti” qərargahı yerləşən binaya bu gün başda Xüsusi Təhqiqat Xidmətinin baş müstəntiqi Roman Sardaryan olmaqla 20-yə yaxın XTX və Milli təhlükəsizlik Xidməti əməkdaşının gəldiyini açıqlayıb.

“Onlar ofisdə axtarış həyata keçirəcəklərini bəyan etsələr də, hadisə yerinə gələn vəkilə order təqdim etməkdən boyun qaçırıblar. Vəkilə və “Təsis parlamenti”nin nümayəndəsinə ofisə daxil olmaq qadağan edilib”, – deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, hərəkatın üzvlərinin mənzillərində də axtarışlar başlayıb. Pavel Manukyan və Toros Sefilyan həbs olunublar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net