Mehman Əliyevdən müxalifətə dərs: "Bu ümumxalq mitinqi deyil"
Tarix: 7-04-2015, 12:50 |
Çap et
"Turan" İnformasiya Agentliyinin rəhbəri, Milli Şura üzvü Mehman Əliyev Moderator.az-a açıqlamasında xalqın Milli Şuranın keçirdiyi aksiyalara dəstək verməməsi ilə bağlı iddiaları cavablandırıb:
"Müxalifətin vəzifəsi aksiyalarda kütləvilik yaratmaq deyil. Müxalifət vaxtı-vaxtında baş verən proseslərlə bağlı öz mövqeyini bildirməlidir. Aksiyalar sadəcə müxalifətin öz mövqeyini ifadə etməsinin bir formasıdır. Bu, bəyanat, iclas və s. formasında da ola bilər. Müxalifətin keçirdiyi ümumxalq mitinqi deyil. Bu, konkret müxalifət təşkilatlarının keçirdiyi mitinqdir. Müxalifətin aksiyalarda xalqı təmsil etdiyini və ya xalqın adından danışdığını düşünmək yanlışdır".